Modern.az

Bakının yeni Baş Planı Nazirlər Kabinetinə göndərilib

Bakının yeni Baş Planı Nazirlər Kabinetinə göndərilib

Təhsil

10 Dekabr 2014, 14:06

Dekabrın 9-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov “Böyük Bakının Regional İnkişaf Planı” layihəsinin komponentləri üzrə işlərin davam etdirilməsinin müzakirəsi məqsədilə Dünya Bankının İnfrastruktur üzrə baş mütəxəssisi Hacı Hüseynov, Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə aparıcı mütəxəssisi Manuel Mariono və Dünya Bankının Qafqaz üzrə regional ofisinin şəhərsalma üzrə mütəxəssisi Ahmed Ayveydanı qəbul edib.
Modern.az saytı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, A.Ələsgərov qonaqlara əvvəlcə “Böyük Bakının Regional İnkişaf Planı” layihəsi üzrə görülmüş işlərdən danışın və bildirib ki, artıq layihə üzrə işlər tamamlanaraq təsdiq olunması üçün Nazirlər Kabinetinə göndərilib.

Daha sonra Komitənin Dünya Bankı ilə ərazi planlaşdırma sənədlərinin hazırlanması üzrə Komitənin Bakı Dövlət Layihə İnstitunun və yerli mütəxəssislərin potensialının gücləndirilməsi, həmçinin müəyyən ərazilərin müfəssəl planlarının hazırlanması sahəsində əməkdaşlığın davam etdirilməsi müzakirə edilib.

Modern.az-ın məlumatına görə, həm kapitalizm, həm də sovet hakimiyyəti qurulduqdan sonra Bakıda şəhərsalma işləri yeni planlar üzrə aparılıb. Bakının ilk Baş Planı 1898-ci ildə o dövrun məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.

Yeni Baş Plan - “Böyük Bakının Regional İnkişaf Planı” isə 2030-cu ilədək dövrü əhatə etməlidir. Layihə 4 hissədən ibarətdir:

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı