Modern.az

Elmar Məmmədyarov Türkiyə və Gürcüstan XİN başçıları ilə görüşdü – FOTOLAR

Elmar Məmmədyarov Türkiyə və Gürcüstan XİN başçıları ilə görüşdü – FOTOLAR

Təhsil

10 Dekabr 2014, 15:14


Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası xarici işlər nazirlərinin 10 dekabr tarixində Qars şəhərində keçirilən üçtərəfli iclasında iştirakı çərçivəsində nazir Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu ilə görüşüb.

Modern.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında qardaşlığa və dostluğa əsaslanan strateji münasibətlərin inkişafının səviyyəsindən məmnunluq ifadə olunub. Üçtərəfli formatda Azərbaycan, Gürcüstan və Türkiyə arasında keçirilən görüşün regional əməkdaşlığa, sabitliyə və çiçəklənməyə töhfə verdiyi xüsusilə vurğulanıb. Tərəflər Trans-Anadolu təbii qaz boru kəmərinin və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini qeyd ediblər. Görüşdə, həmçinin regionda və dünyada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.  

Eyni zamanda Elmar Məmmədyarov Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili ilə də görüşüb.

Görüş zamanı Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə inkişaf edən əməkdaşlığın cari səviyyəsindən məmnunluq ifadə olunub.

Tərəflər Trans-Anadolu təbii qaz boru kəmərin və Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihələrinin regionda əməkdaşlığın, sülhün və təhlükəsizliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətini vurğulanıb.  

Həmçinin, üçtərəfli formatda Azərbaycan, Gürcüstan və Türkiyə arasında keçirilən görüşün regional əməkdaşlığa, sabitliyə və çiçəklənməyə töhfə verdiyi xüsusilə vurğulanıb.

Görüşdə, eləcə də regionda və dünyada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Modern.az

 

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı