Rusiyanın baş naziri Dmitri Medvedev yerli KİV-ə müsahibə verib. Müsahibə zamanı baş nazir rublun ucuzlaşmasına münasibət bildirərək əhalini təmkinli olmağa çağırıb.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, baş nazir rublun ucuzlaşmasının keçmişdə də olduğunu xatırladıb. O,
2008-2009-cu illərdəki böhran vaxtı rubl məzənnəsinin kəskin şəkildə qiymətdən düşdüyünü deyib. Onun sözlərinə görə, bir müddət ucuzlaşan rubl qiymətini yenidən bərpa etdi və rubldakı əmanətlərini dəyişməyə tələsənlər sadəcə pullarını itirdilər. “Həmçinin, öz əmanətlərini dollara, başqa valyutaya köçürənlər sadəcə olaraq pullarını itirdilər”.
Medvedev öz əmanətlərindən də danışıb. "Mən də maaşımı rublla alıram və əmanətlərimi rublda saxlayıram”.
Baş nazir ölkəsinə qarşı Qərbin qəbul etdiyi sanksiyaların heç kimin xeyrinə olmayacağını və nəticə verməyəcəyini deyib. “Sanksiyalar nəticəsində Rusiya hazırda on milyon dollar dəyərində itki verir. Lakin böyük itkiləri Qərb sahibkarları və şirkətlər də verir. Eyni zamanda, sanksiyalar hədəflədiyi ölkənin siyasətini dəyişdirmək iqtidarında deyil”.
Namidə BİNGÖL