Modern.az

Türkiyə XİN başçısı: “Ermənistanın da aramızda olmasını istəyirik”

Türkiyə XİN başçısı: “Ermənistanın da aramızda olmasını istəyirik”

Təhsil

10 Dekabr 2014, 17:04


“Bizim təmənnamız odur ki, Ermənistan qonşu dövlətlərin ərazi bütövlüyünə hörmət etsin və aramızda yer alsın. Beləliklə, əksik olan həlqə tamamlanmış olar”. Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qarsda çıxışı zamanı deyib.  

O, Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Qarsda keçirilən üçtərəfli görüşü çərçivəsində keçirilən mətbuat konfransında Dağlıq Qarabağ probleminə də toxunub.

Nazir  qeyd edib ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. 

Hər üç ölkənin XİN başçıları Qarsda keçirilən üçtərəfli görüş çərçivəsində ölkələrin qarşılıqlı əməkdaşlığı haqqında saziş imzalayıblar.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı