Bir qədər öncə Bakıda növbəti intihara cəhd hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda 6 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində məlum olub ki, vətəndaşlar tikilməkdə olan çoxmərtəbəli binanın damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirir. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxslər fikirlərindən daşındırılıb və təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib.
Modern.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, onların intihara cəhd etməsinə səbəb kimi əmək haqqının verilməməsi göstərilib.
Məltəm TALIBZADƏ