Modern.az

İŞİD-dən dəhşətli edam: Mavi olduğuna görə damdan atdılar - VİDEO

 İŞİD-dən dəhşətli edam: Mavi olduğuna görə damdan atdılar - VİDEO

Təhsil

10 Dekabr 2014, 20:54

“İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı bu edamı tamamilə başqa bir formada reallaşdırıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə iraqlı bir adam homoseksual olduğu iddiasıyla bir binanın damından aşağı atılıb.

İŞİD yaraqlılarının internetdə yaydığı son görüntülərdə bir iraqlı homoseksual olması cinayəti ilə suçlu bilinərək bir mənzilin damından atılır. Videoda yaraqlılar edamın əsaslarını oxuyarkən bu ifadələrdən istifadə edir: “Bu adamın homoseksualizm və azğınlıq aktları içində olduğunu müəyyən etdik və şəhərdəki ən yüksək nöqtədən atılması lazım olduğuna qərar verdik”.

Qan donduran görüntülərin harada çəkildiyi dəqiq bəlli olmasa da, İraqın şimalında bir rayonda baş verdiyi güman edilir.



Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı