Modern.az

DİN xüsusi əməliyyat keçirib - 7 cinayətkar saxlanılıb

DİN xüsusi əməliyyat keçirib - 7 cinayətkar saxlanılıb

Təhsil

10 Dekabr 2014, 23:15

Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində Bərdə rayonunda  növbəti əməliyyat-axtarış tədbirləri həyata keçirib. 

Modern.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin xüsusi təyinatlı polis qüvvələri cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Rayon Polis Şöbəsi əməkdaşlarının dünən və bu gün həyata keçirdikləri tədbirlərlə 7 Bərdə sakini saxlanılıb. Onların 5-i əvvələr Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub.

Həmin şəxslərin üzərlərinə baxış zamanı 1 tapança, 5 qumbara, müxtəlif çaplı 145 ədəd patron, 1 ov tüfəngi və 1 kiloqrama yaxın ağır növ narkotik vasitələr aşkarlanaraq götürülüb. 

Faktla bağlı cinayət işi başlanılıb. 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı