Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dekabrın 10-da Bakı şəhəri, Xəzər rayonunda “MAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunmuş qüvvələri hadisə yerində “VAZ” avtomobilinin sürücüsü və iki nəfər şəxsiyyəti məlum olmayan sərnişinlərin cəsədini aşkar ediblər. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Modern.az