Modern.az

Vəkil Elçin Namazov azadlığa buraxıldı

Vəkil Elçin Namazov azadlığa buraxıldı

Təhsil

10 Dekabr 2014, 23:37


Dekabrın 10-da vəkil Elçin Namazov azadlığa buraxılıb. Bu haqda "Azadlıq" radiosuna onun yaxınları məlumat verib.

Məlumata görə, Elçin Namazov təcridxanadan birbaşa evlərinə gedib.

Noyabrın 25-də Elçin Namazovun yoxa çıxması ilə bağlı məlumatlar yayılmışdı. Sonradan məlum oldu ki, Xətai rayon Məhkəməsi onun haqqında 15 sutka həbs qərarı çıxarıb.

Elçin Namazov polisin qanuni tələbinə əməl etməməkdə ittiham olunur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!