KXCP, ADP, ALDP və AXP rəhbərləri ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə etmək üçün Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşəcək.
KXCP sədri Mirmahmud Mirəlioğlu “Qafqazinfo”ya açıqlamasında görüş üçün razılıq verildiyini bildirib: “Görüş olacaq və nəticə haqda da məlumat veriləcək”. M.Mirəlioğlu görüşün vaxtını və digər detalları açıqlamaq istəməyib: “İnşallah, görüş baş tutduqdan sonra məlumat verəcəyik”.
Qeyd edək ki, müxalifət partiyaları bir ay öncə görüş üçün Prezident Administrasiyasının şöbə müdirinə müraciət etmişdilər. ADP sədri Sərdar Cəlaloğlu Modern.az saytına açıqlamasında bildirib ki, görüş dekabr ayının 13-də keçiriləcək.
Modern.az