Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, dekabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin müşahidə ediləcək. Cənub küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 5-7, gündüz 8-13 dərəcə isti olacaq.Modern.az