Modern.az

Nazirlikdən yeni XƏBƏRDARLIQ: Bakıda 4 dərəcə şaxta olacaq, rayonlarda yollar buz bağlayacaq

Nazirlikdən yeni XƏBƏRDARLIQ: Bakıda 4 dərəcə şaxta olacaq, rayonlarda yollar buz bağlayacaq

Təhsil

6 Yanvar 2015, 14:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi  haqqında xəbərdarlıq edib. Departamentdən Modern.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında yanvar ayının 7-si axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, yanvarın 8-dən 10-dək fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Yanvarın 8-də havanın temperaturunun ötən günlə müqayisədə 10-12 dərəcə aşağı düşəcəyi, yanvarın 8-i gün ərzində 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta, yanvarın 9-u gün ərzində 0 dərəcəyə yaxın, yanvarın 9-10-da gecə saatlarında 4 dərəcəyədək şaxta olacağı ehtimalı var. 

Azərbaycanın rayonlarında isə bu proses yanvarın 7-si günün ikinci yarısında qərb rayonlarından başlayacaq. Yanvarın 10-dək hava şəraiti fasilələrlə yağıntılı olacaq, sulu qar, qar yağacaq, arabir intensivləşəcək. Əsasən Kür vadisi rayonlarında qərb küləyinin güclənəcəyi, temperaturun kəskin enəcəyi gözlənilir. Yollar buz bağlayacaq.

Modern.az

Sizə yeni x var
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz