Modern.az

Hökumət Evinin qarşısındakı yolka niyə tez sökülüb?

Hökumət Evinin qarşısındakı yolka niyə tez sökülüb?

Təhsil

6 Yanvar 2015, 17:28


Hər il yeni il ərəfəsində paytaxtın müxtəlif yerlərində yolka ağacları qurulur. Həmin yolkalar isə rusların “köhnə yeni il”inə (13 yanvar) qədər sökülmür. Lakin Modern.az-ın əməkdaşının diqqətini çəkən məqam bu il hökumət evinin qarşısında qurulan yolkanın tez sökülməsidir.

Bakı Şəhəri İcra Hakimiyyətinin Ticarət və xidmət departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov Modern.az-a bildirib ki, məsələdən tamamilə xəbərsizdirlər: “Orada qurulan yolkadan Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və xidmət departamenti xəbərsizdir. O yolkanı biz quraşdırmamışıq və təbii ki, sökülməsindən də xəbərimiz yoxdur. Orada yolkanı kim, nə vaxt qurub, nə vaxt söküb, onu deyə bilmərik”.    

Gülşən RAUFQIZI

 
Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...