Modern.az

Fransaya dəhşət yaşadan terrorçu qardaşlar məhv edildi

Fransaya dəhşət yaşadan terrorçu qardaşlar məhv edildi

Təhsil

9 Yanvar 2015, 20:48

Parisdə terror törədən Səid və Şərif Kuyaşi qardaşları məhv ediliblər. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, terrorçular Dammarten şəhərində təhlükəsizlik orqanlarının həmləsi nəticəsində öldürülüb. Onlar mühasirəni yarmaq üçün cəhd edərkən atəş açsalar da, məhv ediliblər. Terrorçuların girov götürdüyü şəxslərdən heç kim xəsarət almayıb.

Yanvarın 7-də Parisin mərkəzindəki “Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücum edən qardaşlar 12 nəfəri öldürmüş, 10 nəfəri yaralamışdılar.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz