Modern.az

İŞİD Pentqonun məxfi sənədlərini yayımladı

İŞİD Pentqonun məxfi sənədlərini yayımladı

Təhsil

12 Yanvar 2015, 22:52

“İslam dövləti” (əvvəlki adı İŞİD-red) terror təşkilatının hakerləri  “Twitter Centcom”da  Pentaqonun məxfi məlumatlarını dərc ediblər.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, “İslam dövləti” hakerlərinin ələ keçirdikləri məxfi informasiyalarda ABŞ-ın Koreya Xalq Demokratik Respublikasında (Şimali Koreya) və Çində hərbi hərəkətlər edəcəyinə dair Pentaqonun operativ planlarından bəhs edilir.  

Həmçinin ABŞ generallarının siyahısı da sözügedən şəbəkədə yerləşdirilib.

Qeyd edək ki, məlumatların ABŞ Mərkəzi Komandanlığna məxsus olduğu bildirilir. "Twitter Centcom" ABŞ Mərkəzi Komandanlığının hesabıdır.

Modern.az          


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz