Modern.az

Akademiyanın prezidenti mətbuat konfransı keçirəcək

Akademiyanın prezidenti mətbuat konfransı keçirəcək

Təhsil

13 Yanvar 2015, 13:51


Sabah saat 12:00-da Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə 2014-cü ilin yekunlarına dair mətbuat konfransı keçirəcək.

Modern.az xəbər verir ki, mətbuat konfransında ötən il akademiyada həyata keçirilən islahatlar, maddi-texniki bazanın gücləndirilməsi, innovasiya xarakterli elmi-tədqiqat işlərinin genişləndirilməsi, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, dünyanın aparıcı elmi müəssisələri ilə əlaqələrin daha da genişləndirilməsi istiqamətində görülən işlərdən danışılacaq.   

Elmin NURİ

 
Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...