Bu gün Nəsimi rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatı ilə birgə 26 fevral - Xocalı soyqırımına həsr edilmiş “Justice for Khojaly” adlı flaşmob hazırlayıb. Modern.az-ın məlumatına görə, bu flaşmobun göstərilməsinin başlıca məqsədi də, Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya Ədalət” kampaniyasına dəstək olaraq Xocalı həqiqətlərini sosial şəbəkələr vasitəsi ilə dünya ictimayyətinə çatdırmaqdır. Göstəridə YAP Nəsimi rayon təşkilatının 1500 nəfərə yaxın fəal gənci iştirak edib.
Məlum olduğu kimi, 1992-ci il 26 fevral - Xocalı soyqırımından 23 il keçməsinə baxmayaraq bu hadisə hər bir azərbaycanlının yaddaşında daim yaşayır.Heydər Əliyev Fondunun Vitse-Prezidenti, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 70-dən çox ölkədə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası nəticəsində dünyanın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Pİ tərəfindən Xocalı qətliamı soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınıb. Lakin buna baxmayaraq, hələ də Xocalı soyqırımı bütün beynəlxalq təşkilatlar tərəfindən soyqırım və insanlığa qarşı cinayət kimi qəbul edilməyib.