Modern.az

Boris Nemtsov sabah dəfn olunacaq

Boris Nemtsov sabah dəfn olunacaq

Təhsil

2 Mart 2015, 13:37


Rusiya müxalifətinin nümayəndəsi İlya Yaşin Boris Nemtsovun sabah dəfn olunacağı barədə məlumat verib.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə siyasətçi öz sosial şəbəkəsindəki səhifəsində yerləşdirib: “Nemtsovla vida mərasimi sabah Moskva vaxtı ilə 10:00-14:00 saatlarında Saxarov mərkəzində keçiriləcək. Dəfn mərasimi isə 15:30-da Troekurovsk qəbirstanlığında olacaq”.

  “RPR-Parnas” Partiyasımım həmsədri, Rusiya baş nazirinin keçmiş birinci müavini Boris Nemtsov fevralın 27-də gecə Moskvada qətlə yetirilib.    

Modern.az         

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı