Modern.az

“Donuz qripi” iş adamını öldürdü

“Donuz qripi” iş adamını öldürdü

Təhsil

2 Mart 2015, 13:54



Sivasda xüsusi təhlükəsizlik şirkətinin sahibi olan 39 yaşındakı Mustafa Atar “donuz qripi” virusu ilə müalicə gördüyü xəstəxanada həyatını itirib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 3 uşaq atası olan Mustafa Atar yüksək hərarət şikayəti ilə fevralın 19-da xəstəxanaya müraciət edib. Atardan alınan qan nümunələri Ankaraya göndərilərək araşdırılıb. Araşdırmada Atarın ictimaiyyətdə “donuz qripi” olaraq bilinən H1N1 virusuna tutulduğu təyin olunub.

Xəstəxananın reanimasiya şöbəsinə yatırdılan Atar edilən bütün müdaxilələrə baxmayaraq dünən həyatını itirib. Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı