
Boris Nemtsovun öldürüldüyü gecə onun yanında olan ukraynalı model Anna Duritskaya qətl hadisəsinin detallarını danışıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Duritskaya qatilin onlara arxadan yaxınlaşdığı üçün onun üzünü görə bilmədiyini deyib: “Mən qatilin haradan yaxınlaşdığını bilmirəm, çünki hər şey mənim arxamda baş verirdi”.
Onun sözlərinə görə, hadisə baş verən zaman arxada əlvan rəngli avtomobil görüb. Duritskaya dərhal yaxınlıqda yerləşən qartəmizləyən maşına yaxınlaşdığını və ondan polisə zəng etməsini xahiş edib: “O mənə polisin nömrəsini verdi. Təxminən 10 dəqiqə sonra polislər gəldi”.
Ukrayna vətəndaşı olan Duritskaya dərhal polisə aparıldığını deyib.
Boris Nemtosv fevralın 27-si gecə radələrində Moskvanın mərkəzində öldürülüb.
Modern.az