Modern.az

Kerri Misir və İsveçrəyə gedəcək

Kerri Misir və İsveçrəyə gedəcək

Təhsil

10 Mart 2015, 01:31


ABŞ dövlət katibi Con Kerri Misir və İsveçrəyə səfərlər edəcək. Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib.

Cen Psaki qeyd edib ki, Con Kerri 12 martda Misirin Şarm əl-Şeyx şəhərində təşkil olunacaq “Misirin iqtisadi inkişafı” konfransında iştirak edəcək. Bununla yanaşı Con Kerri Misir prezidenti Abdulfəttah əs-Sisi ilə də görüşəcək.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi onu da bildirib ki, Con Kerri 15 martda “altılıq” ölkələrinin (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya) İranın nüvə proqramına dair aparılan  danışıqlar çərçivəsində İsveçrədə səfərdə olacaq.  

Con Kerri bu səfəri zamanı İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşəcək.  

Modern.az  

 
Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!