Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək.
Modern.az saytı “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə baş nazirinin müavini Bülənt Arınç məlumat verib. O qeyd edib ki, yaxın günlərdə Türkiyə prezidenti Ukraynaya gedəcək.
Bülənt Arınçın sözlərinə görə Ərdoğanın səfəri ilə əlaqədar Rusiya-Ukrayna və Ukrayna-Türkiyə əlaqələri, Krım məsələsi nəzərdən keçirilib.
Modern.az