Modern.az

Keçmiş deputat özünü güllələdi

Keçmiş deputat özünü güllələdi

Təhsil

10 Mart 2015, 17:44


Martın 10-da Kiyev vilayətində Regionlar Partiyasından V və VI çağırış Ukrayna Ali Radasının  deputatı Stanislav Melnik həyatına qəsd edib.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, 53 yaşlı keçmiş regional ölümündən əvvəl yazdığı məktubunda hamıdan bağışlanmasını istəyib. Stanislav Melnik 6 il müddətində Donetsk pivə zavodunun rəhbəri işləyib, 2005-ci ildən deputata seçilənə qədər Donetskdəki “Lüks” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru olub.

O 2002-2006-cı illərdə Donetsk şəhər sovetinin də deputatı olub.

Bundan əvvəl, fevralın 28-də Regionlar Partiyasının daha bir keçmiş üzvü, keçmiş xalq deputatı, keçən il yanvarın 16-dakı “diktator qanunları”nın dirijoru hesab olunan Mixail Çiçerin də özünü 17-ci mərtəbədən ataraq intihar edib.

Modern.az      

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı