Modern.az

Paşa Əlioğlu nadir əlyazma əldə edib

Paşa Əlioğlu nadir əlyazma əldə edib

Təhsil

10 Mart 2015, 18:16

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Əbülqasim Nəbatinin Təbriz Mərkəzi Kitabxanasında saxlanan anadilli divanının surətini əldə edib. Modern.az xəbər verir ki, 287 səhifədən ibarət olan Nəbati divanının Təbriz nüsxəsində şairin Azərbaycan dilində yazdığı 12 qəsidə, 37 qəzəl, 50 rübai, 1 məsnəvi, 1 tərcibənd, 8 müstəzad, 1 müsəddəs, 11 dübeyt, 5 təkbeyt, 11 qoşma, 5 gəraylı, 5 təcnis, 1 müləmmə və farsca bir sıra şeirlər toplanıb. Əlyazmada şairin əsərlərinin Bakı nəşrlərinə düşməmiş bir sıra şeirləri var.

Elmin NURİ  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı