Modern.az

Gəncədə hərbi marafon - FOTOLAR

Gəncədə hərbi marafon - FOTOLAR

Təhsil

13 Mart 2015, 21:23

Bu gün Müdafiə Nazirliyi və Gəncə Şəhər  İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncədə faşizm üzərində qələbənin 70 illiyinə həsr edilmiş “Ordu ilə xalq birdir” devizi ilə keçirilən bədii-təşviqat marafonuna start verilib.
Açılış tədbirində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycanın sabiq müdafiə naziri, ehtiyatda olan general-mayor Dadaş Rzayev, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov, Milli Ordunun zabiti Ramil Səfərov, Müdafiə Nazirliyinin  rəsmiləri, Böyük Vətən müharibəsi iştirakçıları, eləcə də şəhər ictimaiyyəti  iştirak ediblər.

Böyük Vətən müharibəsində həlak olanların  xatirəsinə ucaldılmış  abidə-  kompleksin önündə keçirilən tədbirdə aktyorların ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildikdən sonra, sinəsini orden və medallar bəzəyən müharibə iştirakçıları arasında görüş keçirilərək, xatirə şəkli çəkilib.       

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Azərbaycanın ordu quruculuğunda qazanılan uğurlardan danışıb.
Elmar Vəliyev deyib ki, indi Azətrbaycan Ordusu nəinki regionda, eləcə də dünyada ən güclü ordulardandır.

Respublika  Veteranlar Şurasının sədri Dadaş Rzayev  qurumun diplomunu Gəncə şəhər İçra Hakimiyyətinin başçısı Elmar Vəliyevə təqdim edib.

Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyorları dahi mütəfəkkir, şair Nizamı Gəncəvinin,  igid sərkərdələr  Cavad xanın, Nuru Paşanın obrazlarında xalqımızın qəhrəmanlıq tarixini canlandırıblar.

 Sonda Azərbaycanın görkəmli incəsənət ustaları    Mübariz Tağıyevin, Zaur Rzayevin, Gülyanaq və Gülyaz Məmmədovaların, Zümrüd Məmmədovanın, şəhərin musiqi, mədəniyyyət və incəsənət kollektivlərinin geniş proqramla konserti olub.









Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı