Modern.az

Bu gün 124 min şagird 1-ci sinifə gedib

Bu gün 124 min şagird 1-ci sinifə gedib

Təhsil

Bu gün, 09:11

Sentyabrın 15-də təqribən 2,2 milyon şagird təhsilin müxtəlif pillələri üzrə yeni tədris ilinə başlayır. 

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

2026-2027-ci tədris ilində  respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1,6 milyon şagirdin, ali təhsil müəssisələrində 260 min tələbənin, orta ixtisas təhsili müəssisələrində 64 min, peşə təhsili müəssisələrində 44 min tələbənin təhsil alacağı gözlənilir. 

Bu tədris ilində məktəbəqədər təhsilin 226 min uşağı əhatə edəcəyi proqnozlaşdırılır. 

Bu gün 124 min şagird birinci sinifdə təhsilə başlayır.
 
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində 2026-2027-ci tədris ilinin təşkili barədə müvafiq əmrinə əsasən, ölkə üzrə bütün II–XI siniflərdə yeni tədris ilinin ilk dərsi “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunur. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya məktəblərində müharibə hazırlığı başladı: Silahlar paylanıldı