Modern.az

Elçibəyin ad günü ilə əlaqədar Kələkidə iftar veriləcək

Elçibəyin ad günü ilə əlaqədar Kələkidə iftar veriləcək

Təhsil

24 İyun 2015, 10:08

 

İyunun 24-də mərhum prezident Əbulfəz Elçibəyin doğum günüdür. Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev Modern.az saytına bildirib ki, bu gün qardaşının Fəxri Xiyabanındakı məzarı ziyarət olunacaq:

“KXCP-dan, Müsavat Partiyasından və digər partiyalardan nümayəndələr gələcək. Saat 11-12 arası Fəxri Xiyabanda Elçibəyin məzarı önünə toplaşacağıq.

Doğulduğu Kələki kəndində isə axşam iftar süfrəsi təşkil olunacaq”.  

Yeganə OQTAYQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...