Qurumun iki nufuzulu ölkəsi MDB ölkələri ilə siyasətin dəyişdirlməsi təklifi ilə çıxış edib
Yaxın 10 ildə Avropa Birliyinə yeni üzvlər qəbul edilməyəcək. Bu barədə İsveçin və Polşanın xarici işlər naziri Karl Bildt Radoslov Sikorskinin hazırladıqları xüsusi məktubunda deyilir. Sənəd Avropa Birliyinin xarici işlər və təhlukəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştona ünvanlanıb. Modern.az Avropa Birliyinin saytına istinadən bildirir. Sənəddə qeyd edilir ki, hal-hazırda Avropa Birliyinə yeni üzvlərin qəbul edilməsi üçün heç bir zərurət yoxdur. Yalnız 2020-ci ildən sonra dəyişən şərait yeni üzvlərin qəbulu üçün imkan yarada bilər.
Hər iki ölkə, Avropa Birliyinin Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın daxil olduğu qrupa yönəlik qonşuluq və tərəfdaşlıq siyasəti çərçivəsində aparılan siyasətin formasını dəyişdirməyi təklif edib. Məktubda qeyd edilir ki, Avropa Birliyi bu ölkələrlə əməkdaşlıq və tərfdaşlığı genişləndirməklə bağlı sənədlərin imzalanmasını vacib sayır. Amma eyni zamanda bu siyasət heç də adıçəkilən ölkələrin yaxın gələcəkdə quruma daxil olacağı anlamına gəlməməlidir.
Bildt-Sikorski konsepsiyası əslində faktiki olaraq Avropa Birliyinin cənub qonşularına qapılarını bağlamasıdır. Bu həm də bu ölkələrin yaxın gələcəkdə AB-yə üzvlüyü ilə bağlı arzularının dəfn edilməsidir. Sənəd AB-nin bu gün keçirilən xarici işlər nazirlərinin iclasında müzakirəyə çıxarılacaq.
Modern.az