Modern.az

Seçki bülletenləri paylanır – proses Naxçıvandan başlanıb

Seçki bülletenləri paylanır – proses Naxçıvandan başlanıb

Təhsil

25 Oktyabr 2010, 12:23


Azərbaycanda çap olunan seçki bülletenləri bu gün saat 10:00-dan paylanmağa başlanılıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Verilən məlumata əsasən, ilk növbədə seçki bülletenləri 1 saylı Şərur-Sədərək seçki dairəsində paylanılır. Bu gün bir neçə dairədə paylanma həyata keçiriləcək.
Azərbaycanda 5 milyondan artıq seçki bülleteni çap olunur.
Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, seçicilərin sayından 30% artıq bülleten çap olunacaq.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!