Modern.az

Bir gündə iki görüş keçirən hansı namizəd oldu? ®

Bir gündə iki görüş keçirən hansı namizəd oldu?  ®

Təhsil

25 Oktyabr 2010, 19:47

37 saylı Nizami Birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Aydın Abbasov bir gündə iki möhtəşəm görüş keçirdi. Həm Bayan küçəsində, həm də Yeni Gəncə yaşayış massivində keçirilən görüşə gələn insanların ardı-arası kəsilmirdi.

Bu dəfəki  görüşlər də sicaq və səmimi mühiti ilə seçilirdi. Ümumiyyətlə, Aydın Abbasov harada olursa olsun, onu insanlar özünkü bilərək, sanki yüz illik münasibətləri olduğu bir millət vəkil kimi qarşılayırlar. Çünki bunu Aydın Abbasov öz davranışı, səmimiliyi, gülərüzlülüyü və ən başlıcası gördüyü isləri, əmlləri və qayğıkeşliyi ilə qazanıb. Bütün bu sözlər çox vaxt bir birilərini tanımayan, namizədin ayrı-ayrı görüşlərinin çoxsaylı iştirakçıları deyib. Bu görüşlərdə həmişə bir ümumi fikir də səslənir:

“Aydın Abbasovun seçiciləri bu adla fəxr edirlər, çünki onların millət vəkili həm onları, həm də bütöv Gəncə əhlini ölkənin ali seçkili orqanında layiqincə təmsil edir, ən yüksək beynalxalq tribulardan çəkinmədən Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bilir”.

“Mən, bütün ailəmiz, çoxsaylı qohum-əqrabam, mənim seçicilərim artıq öz seçimlərini etmişlər. Onlar yeganə düzgün siyasi kursa, Heydər Əliyev siyasətinə, onun layiqli davamçişi cənab İlham Əliyevə öz sədaqətlərini əməli işləri ilə sübüt etmişlər. Mən də bu siyasətin əskəri olaraq, bütün seçiciləri bir daha 7 noyabrdaki seçkilərə qatılaraq, ən layiqli namizədlərə səs verməyə çağırıram”.       

 

 

 

 

 

 

 

 

Seçki qərargahı

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı