Oktyabrın 25-də axşam saat 22.30 radələrində Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr bazarı”nda güclü yanğın başlayıb. Modern.az-ın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin bir neçə briqadası cəlb olunub. Yanğının elektrik naqillərində baş verən qısaqapanmadam törəndiyi bildirilsə də, bazarda ticarətlə məşğul olanlar bununla razılaşmırlar.
Təxminən 00.20 radələrində yanğın tamamilə söndürülüb.
Qeyd edək ki, hadisə bazarın tikinti materialları və pal-paltar satılan hissəsində baş verib. Dükanlara ciddi ziyan dəydiyi bildirilir. Ticarətlə məşğul olanlar yanğının qəsdən törədildiyini iddia edirlər.
Hadisə yerində olan Nizami rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparılandan sonra yanğının əsl səbəbinin məlum olacağını deyiblər.
Modern.az