Modern.az

Qazaxda ahıl ər-arvad öldürüldü

Qazaxda ahıl ər-arvad öldürüldü

Təhsil

14 Mart 2016, 11:18

Qazax rayonunda ağır qətl hadisəsi baş verib.

Qazax rayon Prokurorluğundan Trend-ə bildiriblər ki, martın 13-də 1939-cu il təvəllüdlü Nəriman Osmanov və qeyri-rəsmi nigahda olduğu 1941-ci il təvəllüdlü Dünya Bakıxanova öldürülüb.

Məlumatda bildirilir ki, Qazax rayonunun Cəfərli kəndində onların üzərlərində çoxsaylı xəsarətlər olan meyidləri aşkarlanıb.

Faktla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri həyata keçirilir.

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!