Modern.az

BMT-dən nüvə təhlükəsi ilə bağlı xəbərdarlıq 

BMT-dən nüvə təhlükəsi ilə bağlı xəbərdarlıq 

Dünya

6 Avqust 2022, 20:24

Nüvə silahından istifadə təhlükəsi bütün dünyada getdikcə aktuallaşır. 

 

Modern.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Xirosimada çıxışı zamanı bildirib.

 

“Bəşəriyyət dolu silahlarla oynayır. Hazırda nüvə təhlükəsi olan böhranların sürətlə yayılması müşahidə olunur”, - Quterreş deyib. O, buna misal olaraq Yaxın Şərqdə və Ukraynadakı mövcud vəziyyəti xatırladıb.

 

BMT-nin baş katibi bundan əvvəl Nyu-Yorkda keçirilən nüvə silahlarının yayılmamasına dair konfransda da eyni narahatlığı ifadə edib.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
İran Netanyahunun evini VURDU