Modern.az

Paşinyan sabah Ərdoğanla görüşəcəyini açıqladı

Paşinyan sabah Ərdoğanla görüşəcəyini açıqladı

Dünya

5 Oktyabr 2022, 17:02

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini təsdiqləyib.

 

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan bu barədə parlamentdə bildirib.

 

O qeyd edib ki, sabah Praqada Avropa Siyasi Birliyi liderlərinin sammitində iştirak edəcək. Paşinyan səfər zamanı Türkiyə lideri ilə görüşəcəyini vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı