Modern.az

Taliban qadınlardan ibarət polis bölməsi yaradıb 

Taliban qadınlardan ibarət polis bölməsi yaradıb 

1 Noyabr 2022, 19:59

Taliban Əfqanıstanda qadınlardan ibarət milli polis bölməsi yaradıb. 

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin "TOLOnews" agentliyi məlumat yayıb.

 

Taliban hakimiyyətə gələnə qədər Əfqanıstan Daxili İşlər Nazirliyində çalışan qadınlar işə götürülüb. Hazırda bölmədə 100-ə yaxın qadın təlim keçir.

 

Əfqanıstanda qadın hüquqları uğrunda mübarizə aparan Mühadis Amin deyib ki, Taliban bu yolla etiraz aksiyalarında qadınlara qarşı qəddarlığa ictimai reaksiyanı cilovlamaq istəyir. Agentlik qeyd edir ki, bölmə etirazlar üzərində işləyəcək və aksiyalarda iştirak edən əfqanlarla qarşılıqlı əlaqədə olacaqlar.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi