Modern.az

Pakistanın Baş naziri Türkiyəyə GƏLİR 

Pakistanın Baş naziri Türkiyəyə GƏLİR 

Dünya

24 Noyabr 2022, 22:34

Pakistanın Baş naziri Şahbaz Şərif Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Pakistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Noyabrın 25-də başlayacaq səfər 2 gün davam edəcək.

 

Şərif İstanbul Gəmiqayırma Zavodunda Pakistan Hərbi Dəniz Qüvvələri üçün inşa edilən hərbi gəminin istismara verilməsi mərasimində iştirak edəcək.

 

Şahbaz və Ərdoğan ikitərəfli münasibətlər, regional vəziyyət və ümumi maraq doğuran digər məsələlərlə bağlı müzakirələr aparacaqlar.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu