Modern.az

Rusiya səfiri Kanada XİN-ə çağırıldı 

Rusiya səfiri Kanada XİN-ə çağırıldı 

28 Noyabr 2022, 21:05

Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə səfirin özü məlumat verib.

 

Səfirin XİN-ə çağırılmasının səbəbi açıqlanmayıb.

 

Kanadanın bir sıra KİV-ləri yazır ki, Oleq Stepanovun çağırışı Rusiya Federasiyasında LGBT təbliğatını qadağan edən qanunun qəbulundan sonra Rusiyanın Kanadadakı səfirliyinin "Twitter"dəki paylaşımı ilə bağlıdır. Belə ki, noyabrın 25-də Rusiya səfirliyi üzərindən qırmızı xətt çəkilmiş LGBT bayrağı olan fotoşəkil dərc edilib. 

 

Akif İsmayılov 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər