Modern.az

Nümayəndələr Palatasının yeni spikeri kimdir? - DOSYE 

Nümayəndələr Palatasının yeni spikeri kimdir? - DOSYE 

7 Yanvar 2023, 20:17

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri, nəhayət, səsvermənin 15-ci turunda respublikaçı Kevin Makkartini yeni spiker seçiblər. 

 

Modern.az bildirir ki, Kevin Makkarti 26 yanvar 1965-ci ildə ABŞ-ın Kaliforniya ştatının Beykersfild şəhərində anadan olub. 20 yaşında biznesə başlayıb. 

 

O, hələ məktəbdə oxuyarkən respublikaçı konqresmen Bill Tomas ilə təcrübə keçib və daha sonra onun qərargahının üzvü olub. 1999-2001-ci illərdə Gənc Respublikaçılar Milli Federasiyasına rəhbərlik edib.

 

2002-ci ildə Makkarti Kaliforniya Ştat Assambleyasına seçilib. O, ştatın büdcə kəsirini azaltmaq, ştatın əmək haqqı sistemini əsaslı şəkildə yenidən qurmaq, Kaliforniya işçiləri və müəssisələri üçün biznes mühitini yaxşılaşdırmağa çalışıb.

 

Kevin Makkarti 2006-cı ildə ABŞ Nümayəndələr Palatasına seçilib və o vaxtdan bəri dəfələrlə seçkilərdə qalib olub.

 

2014-cü ildə Makkarti Nümayəndələr Palatasında Respublikaçıların lideri seçilib. O, fərdi azadlığı, effektiv hökuməti, azad bazarları və vətəndaş cəmiyyətini müdafiə edir. Kevin Makkarti və onun respublikaçı yoldaşları ABŞ tarixindəki ən böyük vergi artımının qarşısını almağa, nəzarətsiz dövlət xərclərini azaltmağa, iş yerlərinin yaradılması üçün qanun layihələrini qəbul etməyə və Şimali Amerikanın enerji müstəqilliyini təşviq etməyə müvəffəq olublar.

 

2022-ci ilin noyabrında keçirilən Konqres seçkiləri ərəfəsində Makkarti bildirib ki, respublikaçılar qalib gəlsələr, Ukraynaya qeyri-məhdud yardımı dayandıracaqlar. O, Kiyev üçün məhdudiyyətsiz yardıma qarşı çıxış edib və bu xərcləri ABŞ-dakı iqtisadi vəziyyətlə əlaqələndirib.

 

Ümumilikdə seçkilərin nəticəsində Respublikaçılar Nümayəndələr Palatasında qələbə qazanıb. Hazırda palatada 222 respublikaçı və 212 demokrat var. Bununla belə, aşağı palatada təqdim edilən təşəbbüsləri və ya araşdırmaları əngəlləyə bilən Senatda demokratlar üstünlüyə malikdirlər.

 

Akif İsmayılov 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok