Modern.az

Nazirin öldüyü qəzada həlak olanların sayı artdı - Səbəb nədir? (YENİLƏNİB)

Nazirin öldüyü qəzada həlak olanların sayı artdı - Səbəb nədir? (YENİLƏNİB)

18 Yanvar 2023, 13:00

Ukraynanın paytaxtı Kiyevdəki vertolyot qəzası zamanı ölənlərin sayı 19-a çatıb.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, həmçinin 29 nəfər yaralanıb.

 

Ukrayna DİN-dən verilən məlumata görə, qəzanın səbəbləri araşdırılır. Ehtimallar arasında diversiya və ya təhlükəsizlik qaydalarına riayət olunmaması da var.

 

***

12:40

 

Ukraynanın paytaxtı Kiyevdəki vertolyot qəzası zamanı ölənlərin sayı 18-ə çatıb.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, həmçinin 26 nəfər xəsarət alıb.

 

***

12:20

 

Ukraynanın paytaxtı Kiyevdəki vertolyot qəzası zamanı ölənlərin sayı 16-ya çatıb.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, qəzada dövlət rəsmiləri də həlak olub.

 

Belə ki, Kiyev Polisinin yaydığı məlumata görə, Ukraynanın dövlət katibi Yuri Lubkoviç, daxili işlər naziri Denis Monastırski və onun müavini Yevgeni Yenin də həyatını itirib.

 

 

Qəza nəticəsində həlak olanların 9-u vertolyotun göyərtəsində olub. Bildirilib ki, ölənlərdən 2-si uşaq olub.

 

Həmçinin 22 yaralı xəstəxanaya yerləşdirilib ki, onlardan da 10-u uşaqdır.

 

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

 

 

***

11:56

 

Ukraynanın paytaxtı Kiyevdəki vertolyot qəzası zamanı 3 nəfər həlak olub.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Kiyev Polisi məlumat yayıb.

 

Bildirilib ki, uşaq bağçasına vertolyot düşməsi və yaranan yanğın nəticəsində azı 3 nəfər həyatını itirib.

 

Hazırda araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, hadisə zamanı 5 nəfərin yaralandığı barədə də məlumat verilmişdi.

 

***

11:24

 

Ukraynanın paytaxtı Kiyevdəki vertolyot qəzası zamanı xəsarət alanlar olub.

 

Modern.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.

 

Bildirilib ki, vertolyotun uşaq bağçasına düşməsi nəticəsində 5 nəfər yaralanıb. Ölənlərin də olduğu deyilir.

 

Kiyev vilayətinin hərbi administrasiya rəhbəri Oleksi Kuleba, həmçinin prezident Volodimir Zelenskinin ofisi faktı təsdiqləyib.

 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

***

11:08

 

Ukraynanın paytaxtı Kiyev ətrafındakı Brovar yaşayış məntəqəsində uşaq bağçalarından birində yanğın baş verib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, hadisə əraziyə uçan obyektin düşməsi nəticəsində olub.

 

Daha sonra məlum olub ki, bağçaya düşən vertolyot olub. Əhali ərazidən təxliyə olunub.

 

Detallar araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü