Modern.az

"Bayraktar"ın növbəti müştərisi bu ölkə oldu 

Dünya

18 Yanvar 2023, 19:37

Küveyt Türkiyənin "Baykar" şirkəti tərəfindən istehsal edilən "Bayraktar TB2" pilotsuz uçuş aparatlarının növbəti müştərisi olub.

 

Modern.az xəbər verir ki, Türkiyə şirkəti Küveyt Müdafiə Nazirliyi arasında müqavilə imzalanıb.

 

Bildirilir ki, 2019-cu ilin iyul ayından davam edən Amerika, Avropa və Çindən önəmli şirkətlərin yer aldığı tenderin qalibi Türkiyənin "Baykar" şirkəti olub.

 

Tərəflər arasında imzalanan müqavilənin dəyəri 370 milyon dollardır.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi