Modern.az

Zelenskinin ad günüdür - 45 yaşı olur

Zelenskinin ad günüdür - 45 yaşı olur

Dünya

25 Yanvar 2023, 10:31

Bu gün Ukrayna prezidenti Volodimir Zelenskinin doğum günüdür.

 

Modern.az xəbər verir ki, onun 45 yaşı tamam olur.

 

Siyasətçi 25 yanvar 1978-ci ildə Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində anadan olub. Atası Oleksandr Semenoviç Zelenski elm sahəsində fəaliyyət göstərib. O, texniki elmlər doktoru, professor dərəcəsinə malik olub. Zelenski 4 il anası ilə birlikdə Monqolustanın Edernet şəhərində yaşayıb, daha sonra vətəninə geri dönüb.

 

 

2003-cü ildə ilk tanışlıqlarından 8 il sonra Yelena Zelenskaya ilə ailə həyatı qurub. Hazırda onların 2 övladı – Aleksandra adlı qızı və Kiril adlı oğlu var.

 

 

Əvvəllər incəsənət sahəsində çalışan Zelenski "Xalqın xidmətçisi" teleserialı ilə məşhurlaşıb. O, 2018-ci ildə eyniadlı partiyanın qurucularından biri və lideri olub. 

 

Zelenski 2019-cu ildə Ukraynanın prezidenti seçilib. Rusiyanın Ukraynaya qarşı ötən il başlatdığı müharibədən sonra Zelenski dünyanın haqqında ən çox danışılan liderlərindən birinə çevrilib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?