Modern.az

Şolts və Zelenski telefonla danışdı - YENİLƏNİB

Şolts və Zelenski telefonla danışdı - YENİLƏNİB

Dünya

25 Yanvar 2023, 17:23

Ukrayna prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şoltsla telefon danışığı barədə paylaşım edib.

 

Modern.az xəbər verir ki, o, tviter səhifəsində bu barədə yazıb.

 

"Almaniyanın əsas döyüş tanklarının tədarükü, müdafiə dəstəyi və təlimlərin daha da genişləndirilməsi, müttəfiqlərin bənzər silah tədarükü ilə bağlı "yaşıl işıq" verildi. Bir az əvvəl Şoltsla telefon danışığında bu önəmli və zamanında verilmiş qərarları eşitdim. Kanslerə və Almaniyadakı bütün dostlarımıza bunun üçün minnətdarıq", - deyə Zelenski qeyd edib.

 

***

16:40

 

Almaniyanın "Leopard" tanklarının tədarükünü təsdiqləməsindən sonra federal kansler Olaf Şolts və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

 

Modern.az "SKY News"a istinadən xəbər verir ki, kansler Zelenski ilə parlamentdəki çıxışından əvvəl danışıb.

 

O qeyd edib ki, Ukraynaya silah göndərilməsi düzgündür, lakin Almaniya müharibənin qızışmasından yayınmaq istəyir.

 

"Bizim üzləşdiyimiz çətinliklərin səbəbi Ukraynaya qarşı dəhşətli təcavüzkar müharibədir. Avropada razılaşdığımız prinsiplərin şübhə altına alındığı dəhşətli müharibədən söhbət gedir", - Şolts deyib.

 

Qeyd edək ki, bu gün çoxsaylı tənqidlərdən sonra Almaniya Nazirlər Kabineti Ukraynaya "Leopard" tanklarının tədarükünü təsdiqləyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır