Modern.az

Türkiyənin yeni nazirləri - ŞOK SİYAHI

Türkiyənin yeni nazirləri - ŞOK SİYAHI

3 İyun 2023, 20:51

Yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, daha sonra Türkiyə liderinin səlahiyyətlərinin icrasına başlaması münasibətilə xüsusi tədbir təşkil olunub.

 

Tədbirdə çıxış edən Rəcəb Tayyib Ərdoğan hökumət kabinetinin bu axşam açıqlanacağını bildirib. O, kabinetin ilk iclasının çərşənbə axşamı günü keçiriləcəyini diqqətə çatdırıb.

 

Türkiyə və dünya mətbuatında yeni hökumət kabinetində kimlərin təmsil olunacağı barədə müxtəlif məlumatlar yayılıb. İddialara görə, aşağıdakı siyasətçilər Türkiyənin yeni hökumətində təmsil olunacaqlar:

 

Xarici işlər naziri: Hakan Fidan

Ədliyyə naziri: Yılmaz Tunç

Daxili işlər naziri: Ali Yerlikaya

Energetika naziri: Alparslan Bayraktar

İqtisadiyyat naziri: Mehmet Şimşək

Ticarət naziri: Lütfi Elvan

Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri: Mehmet Özhaseki

Səhiyyə naziri: Fahrettin Koca

Mədəniyyət və turizm naziri: Mehmet Nuri Ersoy

Gənclər və idman naziri: Abdullah Eren

Ailə və sosial siyasətlər naziri: Kübra Güran Yiğitbaşı

Kənd təsərrüfatı naziri: İbrahim Yumaklı

Sənaye naziri: M. Fatih Kacır

Milli müdafiə naziri: Yaşar Gülər

Əmək və sosial müdafiə naziri: Cevdet Yılmaz

 

Mətbuatda yayılan digər məlumata görə, Türkiyə Prezidentinin hazırkı sözçüsü İbrahim Kalın ölkənin Milli Kəşfiyyat Təşkilatına rəhbərlik edəcək. Onun vəzifəsini isə Çağatay Kılıç icra edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək