Modern.az

Paris İrəvana daha 15 milyon avro yardım ayıracaq

Paris İrəvana daha 15 milyon avro yardım ayıracaq

9 Dekabr 2023, 08:57

Paris təcili olaraq İrəvana daha 15 milyon avro humanitar yardım ayıracaq.

Modern.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi bəyan edib.

"Fransa Ermənistanı və erməni xalqını dəstəkləməkdə davam edir. Parlament Ermənistana və “Dağlıq Qarabağ qaçqınları”na təcili olaraq 15 milyon avro ayrılmasını təsdiqləyib", - bəyanatda deyilir.

Beləliklə, Fransanın Ermənistana ayırdığı yardımın həcmi 27,5 milyon avro təşkil edir.

Fransa Xarici İşlər Nazirliyi hesab edir ki, bu, BQXK, Ermənistan Qırmızı Xaç və BMT agentliklərinin işini gücləndirməyə kömək edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri