Modern.az

Kadırovun oğlu nazir təyin edildi

Kadırovun oğlu nazir təyin edildi

Dünya

17 Fevral 2024, 17:06

Ramzan Kadırovun böyük oğlu Axmat Kadırov Çeçenistan Respublikasının gənclərlə iş üzrə naziri təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Çeçenistan parlamentinin rəhbəri Maqomed Daudov məlumat verib.

 

Məlumata əsasən, o həmçinin rayonun ali mükafatına - respublikanın keçmiş rəhbəri olan babasının şərəfinə təsis edilmiş “Axmat Kadırov adına orden”ə də layiq görülüb. (APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri