Modern.az

“Taliban”la əlaqələr qurmalıyıq - Putin

“Taliban”la əlaqələr qurmalıyıq - Putin

28 May 2024, 17:36

Rusiya “Taliban”la hansısa formada əlaqələr qurmalıdır.

 

Modern.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Taliban”ın Rusiya Federasiyasında terror təşkilatları siyahısından çıxarılmasının mümkünlüyü haqqında danışarkən bildirib.

 

"“Taliban”la hansısa formada əlaqələr qurmalıyıq, onlar hazırki hakimiyyətdir", deyən Putin qeyd edib ki, Rusiya "Taliban"ın terrorçu təşkilarların siyahısından çıxarılması məsələsində regiondakı hər bir ölkənin fikrini nəzərə alır. "Qərar birlikdə işlənəcək", deyə Rusiya prezidenti vurğulayıb.(APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri