Modern.az

Paşinyan Almaniya səfiri ilə sülh müqaviləsini müzakirə etdi

Paşinyan Almaniya səfiri ilə sülh müqaviləsini müzakirə etdi

19 İyun 2024, 17:37

Ermənistan baş naziri Nikol Paşinyan diplomatik fəaliyyətini başa vuran Almaniya Federativ Respublikasının Ermənistandakı səfiri Viktor Rixteri qəbul edib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, həmsöhbətlər Ermənistan və Almaniya arasında çoxsahəli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

 

"Ermənistan-Avropa İttifaqı münasibətlərinin daha da inkişaf etdirilməsi məsələsi qaldırılıb. Baş nazir bu baxımdan Almaniyanın mühüm rolunu vurğulayıb", - məlumatda deyilir.

 

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin müzakirəsi ətrafında da fikir mübadiləsi aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ