Modern.az

Keçmiş nazir vətənə xəyanətdə ittiham olunur

Keçmiş nazir vətənə xəyanətdə ittiham olunur

17 İyul 2024, 18:16

Ukrayna Daxili İşlər Nazirliyinin (DİN) keçmiş rəhbəri Vitali Zaxarçenko vətənə xəyanətdə ittiham olunub. 

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Təhqiqatlar Bürosu məlumat yayıb. 

 

O, Ukrayna rəsmilərini müharibə başlayandan sonra Rusiya ilə müqavilə bağlamağa təhrik etməkdə ittiham edilir: "Zaxarçenko guya Rusiya hakimiyyəti adından Ukrayna rəsmilərinə zəng edərək yüksək vəzifələr müqabilində ərazilərin təhvil verilməsini nəzərdə tutan razılaşma təklif edib. Bundan əlavə, eks-nazir Ukraynada hökumət əleyhinə əhval-ruhiyyəni artıran videolar yaradıb və dərc edib".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri