Modern.az

Zelenski Putinlə danışıqlara hazır olduğunu bəyan etdi

Zelenski Putinlə danışıqlara hazır olduğunu bəyan etdi

22 İyul 2024, 10:40

Ukrayna lideri Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünlüyünü istisna etməyib.
 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski Ukraynada bu cür danışıqları qadağan edən hazırkı fərmana baxmayaraq, Putinlə dialoqa getməyə razı olduğunu nümayiş etdirib.


“Rusiya ikinci sülh sammitinə dair plan haqqında danışmağa hazırdırsa, o zaman biz tərəfdaşlarımız və Rusiyanın nümayəndələri ilə danışmağa hazır olacağıq”, - deyə Zelenski bildirib.

Eyni zamanda o vurğulayıb ki, Putinin özünün və ya başqasının danışıqlar aparmasının fərqi yoxdur, əsas məsələ sülhə nail olmaqdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri