Modern.az

Türkmənistan, Azərbaycan, Gürcüstan və Rumıniya saziş İMZALAYACAQ

Türkmənistan, Azərbaycan, Gürcüstan və Rumıniya saziş İMZALAYACAQ

22 İyul 2024, 11:54

Türkmənistan, Azərbaycan, Gürcüstan və Rumıniya bu il Buxarestdə “Xəzər dənizi - Qara dəniz” beynəlxalq nəqliyyat marşrutunun yaradılmasına dair dördtərəfli hökumətlərarası saziş imzalamağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Nazirliyin məlumatına görə, Buxarestdə Rumıniyanın Nəqliyyat Nazirliyinin dövlət katibi Adrian Qeorqe Foqis və Türkmənistanın xarici işlər nazirinin müavini Əhməd Qurbanov arasında danışıqlar aparılıb. Tərəflər “ikitərəfli gündəliyin bütün əsas istiqamətləri, o cümlədən siyasi və diplomatik qarşılıqlı fəaliyyət, ticarət-iqtisadi və mədəni-təhsil tərəfdaşlığı məsələləri üzrə dərin və maraqlı dialoq aparıblar”.

 

Bundan əvvəl Türkmənistan qazının Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə tədarükünün mümkün başlanması barədə məlumat verilmişdi. Avropa İttifaqı Avropa və Mərkəzi Asiyanı birləşdirən Transxəzər nəqliyyat dəhlizinə 10 milyard avro sərmayə qoymağı planlaşdırır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri